Novruz bayramı ərəfəsində Vyanada avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

09 mart 2026, 13:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Novruz bayramı ərəfəsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub.
Ekskursiya zamanı Vyanadakı beynəlxalq məktəblərdən birinin bir qrup şagirdinə Azərbaycan barədə, onun coğrafi mövqeyi, milli adətləri və mətbəxi haqqında interaktiv təqdimat göstərilib.